Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları üçün maliyyə savadlılığı vebinarları keçirilib

Gömrük Akademiyasının əməkdaşları üçün maliyyə savadlılığı vebinarları keçirilib

İyul ayının 22-dən 29-dək Dövlət Gömrük Komitəsinin Akademiyasının 20-dən çox əməkdaşı üçün 7 vebinar təşkil edilib. Təlimlər “Maliyyə savadlılığı və e-resurslar”, “İstehlakçı büdcəsi”, “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Vətəndaşlar üçün sığorta xidmətləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik və ödəniş potensialının hesablanması” və “İpoteka krediti” mövzularını əhatə edib.

Vebinarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov və Lamiyə Qaralova, Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Araz Həsənzadə, o cümlədən Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Pərviz Quliyev və Ruqiyyə Hacızadə tərəfindən aparılıb.

Seminarda iştirakçılar Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla ətraflı tanış olublar, bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yolları barədə geniş məlumat əldə ediblər.

Maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin təşkili üçün gələcəkdə də əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi